Ermənilərin növbəti brend fırıldağı - \"Nike\" \"Facebook\" şirkətinə müraciət edəcək

Ermənilərin növbəti brend fırıldağı - \
Son günlərdə daha bir dünya brendinin - "Nike"ın qondarma respublikaya dəstək verdiyi müzakirə olunur. 
 
Sfera.az xəbər verir ki, "Nike Ermənistan" adlı bir neçə "Facebook" səhifəsindən Ermənistana dəstək ifadə edən paylaşımlar edilib. 

AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev məsələyə aydınlıq gətirib. 

O bildirib ki, həmin səhifələrin feyk olduğu artıq öz təsdiqini tapıb:

"Səhifələrə baxanda feyk olduğu görünür, lakin dəqiqləşdirmək üçün tərəfdaşlarımıza müraciət etdik. Tərəfdaşlarımız Ermənistanda rəsmi "Nike" səhifəsi olmadığını təsdiqlədilər və postlar/səhifələrlə bağlı "Facebook"a müraciət edəcəklərini bildirdilər". 

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR