Ermənilərin kabusuna çevrilən “qarapaltarlılar” - FOTOLAR

Ermənilərin kabusuna çevrilən “qarapaltarlılar” - FOTOLAR
Ermənistan mediasında ən çox vurğulanan "əsas ittiham fakt”larından biri Azərbaycan Ordusundakı "qarapaltarlılar”dır.

Sfera.az  xəbər verir ki, hətta Ermənistan baş naziri Nikol Paşinyan da xarici mediaya açıqlamasında Azərbaycan Ordusunda "qarapaltarlılar” olduğunu və onların "muzdlular olması ehtimalının” yüksəkliyini iddia etmişdi.

Hadrut və Suqovuşanda "peyda olan” "200 nəfərlik qarapaltarlı”dan erməni mediası dəhşətli qorxu ilə bəhs edir.

Bəs, Ordumuzdakı "qarapaltarlılar” kimlərdir?

Müxtəlif ölkələrin ordusunda xüsusi təyinatlıların qara paltardan istifadə etməsi ənənəsi var. Azərbaycan Ordusunun xüsusi təyinatlıları içərisində də qara formadan istifadə edilir. Yeri gəlmişkən qeyd edək ki, DİN xüsusi təyinatlıları da əsasən qara formalıdır.

Azərbaycan Ordusunun qara formalı xüsusi təyinatlılarının təlim video və fotoları internetin imkanları daxilindədir. Amma düşmən bunu görməzdən gəlməyə üstünlük verir: belə məlum olur ki, "qarapaltarlı” xüsusi təyinatlılarımız düşməni vahiməyə salan əməliyyatların aktiv iştirakçılarıdır.

Erməni əsgərlərinin kabusuna çevrilən qara formalı xüsusi təyinatlılarımızın təlim fotolarından bir neçəsini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...