Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - FOTOLAR

Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - FOTOLAR
"National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati (Reza Deghati) noyabrın 20-də erməni işğalından azad edilən Ağdam rayonunda ermənilər tərəfindən tövlə kimi istifadə edilən məscidin şəkillərini paylaşıb.

Sfera.az  xəbər verir ki, Deqati Qiyasi kəndindəki 18-ci əsrə aid məsciddən fotoları öz instaqram hesabında yerləşdirərək bu şərhi verib:

"Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrdə bunun şahidi olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.

Ağdam rayonunun Qiyasi kəndində 18-ci əsrə aid bu məscid otuz illik işğal zamanı ermənilər tərəfindən inək saxlamaq üçün istifadə edilib.

Azərbaycanlılar tərəfindən tapılanda isə nəcislə dolu idi. Bölgəni tərk etməzdən öncə işğalçı götürə bildiyini götürdü və məscidə od vurdu.
Yenidənqurma və bərpa çox vaxt aparacaq”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...