Erməni yaraqlıları Hadrut meşəsində azıblar, yoxsa... – Yalandır...

Erməni yaraqlıları Hadrut meşəsində azıblar, yoxsa... – Yalandır...

"Bu düşünülmüş ssenaridir və süni gərginlik yaratmağa hesablanıb”.


Bu sözləri Sfera.az-a açıqlamasında erməni yaraqlılarının azad edilmiş Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazilərdə təxribat törətmələrini dəyərləndirərkən politoloq Natiq Miri deyib:

 

"Əslində, ermənilərin guya meşədə azıb qalması düşünülmüş ssenaridir. Çünki Ermənistan ordusu məğlub olduqdan sonra erməni silahlı qüvvələri həmin ərazilərdən qaçmışıdı. Bu hər kəsə bəllidir”.

 

Politoloq hesab edir ki, bu düşünülmüş yalanı məqsədli şəkildə dövriyyəyə buraxıblar: "Baş verənlərlə bağlı qarşı tərəfin açıqlamaları ictimai fikri aldatmağa yönəlib. Bu həm də münaqişənin tənzimlənməsi barədə Moskvanın götürdüyü öhdəlik fonunda Rusiya adına yönəlik təxribatdır. Çünki 10 noyabr bəyanatına görə, Ermənistan silahlı qüvvələri işğaldakı torpaqlardan çıxarılmalıdır. Lakin bir aydan artıq vaxt keçsə də, torpaqlarımızda erməni yaraqlıları, terrorçuları mövcuddur”.

 

N. Mirinin fikrincə, bölgədə gərginliyin qalması bəzi qüvvələrin marağındadır:

 

"Belə gərginliklərlə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Düşünürəm ki, son terror olayının arxasında tək Ermənistan hakimiyyəti deyil, həm də bəzi xarici qüvvələr dayanır. Hadisə düşünülmüş şəkildə ortaya atılıb. Süni olaraq gərginlik yaratmağa xidmət edir”.


Elçin

 

OXŞAR XƏBƏRLƏR