BOKT-lar daha böyük kapitala sahib olmalıdır - Mərkəzi Bank qaydaları sərtləşdirdi

BOKT-lar daha böyük kapitala sahib olmalıdır - Mərkəzi Bank qaydaları sərtləşdirdi

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalının məbləği ilə bağlı tələb 3 dəfədən çox artırılıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti qaydalarda dəyişiklik edib. İdarə Heyətinin təsdiq etdiyi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na əsasən BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.


Qeyd edək ki, BOKT dedikdə kredit ittifaqları və digər kredit təşkilatları nəzərdə tutulur. BOKT-lar öz vəsaiti və ya cəlb edilən vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan şəxsdir. Azərbaycanın kredit bazarında son illərdə BOKT-ların payı artır. 2022-ci ildə cəmi kredit qoyuluşunun 2,9 faizi BOKT-lara məxsus olduğu halda, 2023-cü ilin sonunda 3,3 faizə, bu ilin oktyabrın 1-də isə 6 faizə yüksəlib. 


2024-cü ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 96 BOKT var. Onların 39 ədədi kredit ittifaqıdır. 


BOKT-ların 1-i dövlətə məxsusdur, 95-i isə özəl təşkilatlardır. Özəl BOKT-ların 15-i xarici kapitallıdır. BOKT-ların hazırda 230,4 milyon manat dəyərində nizamnamə kapitalı var. Cəmi kapital isə 462,2 milyon manat təşkil edir. 


Bu maliyyə qurumlarının kredit qoyuluşu 688 milyon manatdır.BOKT-ların kredit qoyuluşunun artması fonunda onların fəaliyyəti ilə bağlı tələblərin sərtlərşdirilməsi məntiqlidir. Bu cür tələblər mümkün rikslərin azaldılmasına xidmət edir. 


Ayrı-ayrı ölkələrdə aparılan tədqiqatlar göstərir ki, kapital artımı kredit təşkilatlarının gəlirinin artmasına və maliyyə riskilərinə qarşı daha dözümlü olmasına şərait yaradır. Kapital artdıqda təşkilatlar öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkmir, maliyyə intizamı qaydalarına daha ciddi əməl edir. Bu baxımdan nizamnamə kapitalının artırılması əhəmiyyətlidir və bu, BOKT-ların dayanıqlılığına fayda verəcək.       


Vasif


OXŞAR XƏBƏRLƏR