Qan Bankında verilən analizlərin cavabları niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Sağlıq
12:36 / 26.11.2024
3826
Sosial şəbəkələrdə Respublika Qan Bankında verilən analizlərin cavablarının gecikməsi ilə bağlı iddialar yayılıb. Məlumata görə, nəticələr 10 gündən çoxdur ki, açıqlanmır.
Sfera.az məsələ ilə bağlı Respublika Qan Bankı ilə əlaqə saxlayıb.
Respublika Qan Bankından verilən məlumata görə, gecikmələr müəyyən texniki səbəblərdən baş verib.
“Yaranan vəziyyətlə bağlı Səhiyyə Nazirliyi məlumatlandırıldıqdan sonra məsələ həllini tapıb. Dekabr ayının əvvəli problem tam aradan qaldırılacaq”, - cavabda bildirilib.
Firuzə Əliyeva