Erməni təxribatının arxasında hansı dövlətlər dayanır? – “Bu, onların mənfur planıdır”

Erməni təxribatının arxasında hansı dövlətlər dayanır? – “Bu, onların mənfur planıdır”
"Oktyabrın 14-də erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid oldu. Ermənilərin bu əməlinin hərbi-siyasi məqsədlərə hesablanmış təxribat olması heç bir şübhə doğurmur”.
 
Sfera.az bildirir ki, bunu analitik Samir Feyruzov deyib. O, təxribatın nəyə və kimlərə xidmət etdiyini açıqlayıb:

"Birincisi, İran Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən koridorun açılmasının əleyhinədir və bunun baş tutmaması üçün əlindən gələni əsirgəmir. Eləcə də İran sərhədlərin delimitasiya və demarkasiya prosesinin aparılmasını özünün "milli” maraqlarına təhdid hesab edir. Bəs Ermənistanda rəsmi Tehranla eyni mövqedə olan hansı qüvvələrdir? Revanşist-qisasçi Sarkisyan-Köçəryan klanı! Paşinyanın atdığı addımların təhlili göstərir ki, o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, sərhədlərin demarkasiya və delimitasiyasının tərəfdarıdır. Onun və Ermənistanın digər rəsmi şəxslərinin Moskvaya davamlı səfərləri də bunun nümayişidir. Deməli, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasını istəyən, dəhlizin açılmasını əngəlləməyə çalışan, sərhədlərin demarkasiya və delimitasiya prosesini ləngitmək istəyən üçüncü qüvvə var. Bu üçüncü qüvvə İran və Ermənistandakı revanşist qüvvələr ola bilərdi. Bu məsələdə başqa ehtimallar sıfırlanır”.

S.Feyruzov qeyd edib ki, bu cür təxribatlarla iki ölkə arasında normal münasibətlərin qurulmasını, üçtərəfli razılaşmanın müddəalarının icrasını və sülh müqaviləsinin imzalanmasını tormozlamağa çalışırlar:

"Oktyabrın 12-də Paşinyanla Putinin görüşü oldu. Görüşdə üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin vacibliyi müzakirə mövzusu olmuşdu. Bundan bir neçə gün əvvəl isə, Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşmüşdü. Bu görüşdə də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət masanın əsas mövzusu idi. Paşinyan anlayır ki, üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsinin alternativi yoxdur. Azərbaycan bu məsələdə israrlı və qətiyyətlidir. Paşinyan hökuməti Serj Sarkisyanın həbs olunması məsələsini daim gündəmdə saxlayır, o, hər an həbs edilə bilər. Müharibədə uduzan Ermənistan ordusunun silahlarının məhz Sarkisyan-Köçəryan hakimiyyəti dövründə alınması onlara qarşı ttihamların miqyasını daha da artırıb. Bu, həm də Paşinyanın "sülhməramlı" addımlarına təzyiqdir. Oktyabrın 13-də Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Moskvadakı görüşü iki dövlət arasında münasibətlərin normallaşdırılması məqsədilə din xadimlərinin də eyni mövqedə olmasını mühüm amil kimi önə çıxarırdı”.

Analitik düşünür ki, məhz belə bir ərəfədə Azərbaycan ordusunun hərbi qulluqçusunun vurulması planı İranın Ermənistandakı qisasçı qüvvələrlə birlikdə ölkəmizə qarşı hazırladığı mənfur planlarının tərkib hissəsidir:

"İranın sərhəddə keçirdiyi hərbi təlimlərlə hərbi qulluqçumuzun şəhid edilməsi eyni paraleldə təhlil edilməlidir. Məqsəd Azərbaycanı daha böyük provakasiyaya çəkmək, koridorun açılması, sərhədlərin delimitasiya, demarkasiya prosesini ləngitmək və iki ölkə arasındakı sülh müqaviləsinin imzalanmasına aparan görüşlərin əhəmiyyətini azaltmaqdır.  Azərbaycanın xarici siyasətinin konturları dəqiq işlənildiyinə görə, ölkəmizin bundan sonra da daha məntiqli addımlar atacağı şübhəsizdir. Bu hadisə ilk baxışdan və zahirən ordumuzun antiterror əməliyyatlarına başlaması fikrini ortaya gətirir, ancaq Azərbaycanın bu hadisəyə zərgər dəqiqliyi ilə cavab verəcəyi də şübhə doğurmur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...