Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuzla vida mərasimi keçirilir - FOTOLAR

Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuzla vida mərasimi keçirilir - FOTOLAR
Kateqoriya məlum deyil
T
Dünən erməni hərbçilərin təxribatı nəticəsində şəhid olan Əliyev Natiq Yusif oğlu ilə vida mərasimi keçirilir.

Sfera.az xəbər verir ki, vida mərasimində şəhid hərbçimizin yaxınları, döyüş yoldaşları, rəsmilər iştirak edir.

Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan çavuş Natiq Əliyev ailəli olub, 1 övladı var.

Şəhidimiz Laçın və Kəlbəcər arasında düşmən təxribatının qarşısını alarkən şəhadət zirvəsinə ucalıb. Allah rəhmət eləsin!
 
(baku.ws)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR