"Erməni terrorçular Qarabağı tərk etməsələr, "dəmir yumruğu" yenidən görəcəklər" - Millət vəkili

"Ermənilərin məqsədi Rusiya sülhməramlıların fəaliyyətinə maneə yaratmaqdır". 
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Kamilə Əliyeva deyib. 

Millət vəkili təxribat törədənlərin cəzalandırılacağını bildirib:

"Ümid edirəm Rusiya sülhməramlıları burada araşdırma aparacaq, lazımı işlər görəcək. Qarabağda qalan terrorçular nə qədər gec deyil öz tör-töküntüləri ilə birgə Qarabağı tərk etsinlər, əks halda "dəmir yumruğu" yenidən görəcəklər. Yəqin ki, Qarabağda təxribatla əlaqədar cinayət işi açılacaq və günahkarlar cəzasını alacaq".

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR