\"Erməni qüvvələri heç döyüşə girməyə macal tapmadan məhv edilir\"

\
Ermənistanın dünənə hesablanmış qəfil əks-hücum əməliyyatnın nə ilə qurtardığı ilə bağlı jurnalist Sənan Nəcəfov özünün "Facebook" hesabında paylaşım edib. 

Sfera.az xəbər verir ki, o, hay-küylü bəyanatlar yayan düşmənin növbəti yalanlarını da diqqətə çatdırıb: 
 
"Ötən gün Ali Baş komandan İlham Əliyevin ordumuzun cəbhənin cənub istiqamətində növbəti uğurunu-Zəngilan şəhəri və bu rayonunun bir neçə kəndinin, o cümlədən Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının kəndlərinin (cəmi 24 yaşayış məntəqəsi) azad edildiyini elan edəndə düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan ordusunun artıq Ermənistan sərhədlərinin bir neçə kilometrliyinə çatmasından yaranacaq şok effektini azaltmaq üçün hay-küylü bəyanatlar verməyə başladı.

Yerevanda pafosla elan etdilər ki, Ermənistan ordusu Qubadlı istiqamətindən əks hücuma keçərək Azərbaycan ordusunu Xudafərin su anbarı istiqamətinə geri çəkilməyə məcbur edib. Bu isə Zəngilana daxil olmuş bölmələrin mühasirəyə alınması mənasını verirdi. Çünki Zəngilana yeganə yol Qubadlı istiqamətindən daxil olur və əgər həmin yol yenidən düşmənin nəzarətinə keçmiş olardısa bu, Zəngilanda mühasirə vəziyyətinin yaranması demək idi. Və dərhal erməni təbliğatına dəstək verən bəzi rusdilli YouTube kanalları da "Ermənistan ordusunun qurduğu tələ, Azərbaycan ordusunun Zəngilandakı hissələrinin mühasirəyə alınması” haqda şərhlər yaymağa başladılar.
 
Amma çox keçmədən Ermənistan Müdafiə Nazirliyinin təbliğatçıları susdu və cənub istiqamətində hadisələrin sonrakı inkişafına dair heç nə demədi. Hansı ki, əgər erməni qüvvələri doğrudan da Qubadlı istiqamətindən əks hücum edib Zəngilanda mühasirə vəziyyəti yarada bilmişdisə onlar bu barədə az qala hər 5 dəqiqədən bir nəsə bildirməliydilər. Çünki məğlubiyyətin acısını yaşayan erməni cəmiyyətini hansısa mifik qələbə xəbərləri ilə ruhlandırmaq lazım gəlir.
Azərbaycan Müdafiə Nazirliyi dərhal erməni tərəfinin "uğurlu əks hücum”  iddialarını təkzib etdi və daha sonra Qubadlı istiqamətində hücuma cəhd edən Ermənistan ordusu bölmələrinin artilleriya və reaktiv yaylım atəşi sistemləri ilə necə darmadağın edildiyinə dair operativ görüntüləri yaydı. Bu görüntülərə əsasən əks hücum üçün cəmləşən erməni qüvvələri heç döyüşə girməyə macal tapmadan məhv edilir. Onların cəmləşdiyi geniş ərazi ordumuzun güclü atəş zərbələri ilə "şumlanır”.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...