No Image
No Image

"Erməni lobbisinin Avropada apardığı antiazərbaycan təbliğatı nəticəsiz qalacaq" – Politoloq

"Vətən müharibəsində Azərbaycanın siyasi hərbi qələbəsi erməni lobbisinə ciddi zərbə vurub". 
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert erməni lobbisinin fəaliyyətinin nəticəsiz qalacağını qeyd edib:

"Vətən müharibəsində Azərbaycanın siyasi-hərbi qələbəsi erməni lobbisinə ciddi zərbə vurub. Bəzi ölkələrdə erməni lobbisinin aktiv fəaliyyəti bütün Avropada antiazərbaycan hərəkatına gətirib çıxarmayacaq. Çünki Azərbaycanla strateji tərəfdaşlığı olan ölkələr var ki, bu ölkələrdə erməni lobbisi güclü olsa da, ölkəmizlə əlaqələrə ciddi maneə yarada bilmirlər". 

Müsahibimizin sözlərinə görə Avropa İttifaqı ilə əlaqələrin möhkəmlənməsi lobbiçiliyə ən böyük zərbədir:

"Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha möhkəmlənməsi və inkişafı gözlənilir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Avropaya səfəri, Avropa İttfaqının rəsmisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafı barədə müzakirələri onu deməyə əsas verir ki, hansısa dövlətin parlamentinin antiazərbaycan təbliğatına baxmayaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx siyasi və iqtisadi əlaqələr yeni bir mərhələyə qədəm qoyacaq. Erməni lobbisinin hansısa ölkədə aktiv fəaliyyəti Azərbaycan hökuməti üçün hansısa mənfi tendensiya ilə nəticələnməyəcək". 

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Köçəryan seçilərsə, Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq" - Politoloq

"Paşinyan seçkilərdə qazanmaq üçün hər şeyi edəcək, amma istisna deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün "inqilaba”, yaxud fərqli metodlara əl atsın...

"Paşinyan qalib gələcək, rəqibləri isə cığallıq edərək..." - Ekspertdən PROQNOZ

"Nikol Paşinyan yekun mitinqini keçirdi və bununla da xalqın dəstəyini ən çox qazanan lider olduğunu son dəfə nümayiş etdirdi”.   Sfera.az bildirir ki, b...

“Ərdoğan Putinlə Zəngəzur dəhlizini müzakirə edəcək” - Açıqlama

"Türkiyə Cənubi Qafqazda ən aktiv rollardan birini alıb və faktiki olaraq bölgədədir. Eyni zamanda güc olaraq Azərbaycanın yanında yer alır”. Bunu Sfer...

İranda prezident seçkiləri necə nəticələnəcək? - “Sürpriz istisna deyil”

"Sabah İranda prezident seçkisidir. Seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü”.   Sfera.az bildirir ki, bunu polito...

ABŞ Ukraynanın NATO üzvü olmağını niyə istəmir? - Rusiya ilə gizli razılaşma, yoxsa...

Ukrayna prezidenti Zelenskinin NATO-nun Ukraynanın üzvlüyə qəbul etmək barədə müsbət qərar verdiyini bildirdi. Bundan dərhal sonra ABŞ Prezidenti Co Bayden NATO...

Sarkisyanın “1064 əsir” açıqlaması nəyə xidmət edir? – “Bunu seçkiyə günlər qalmış deməsi...”

"Ermənistanın keçmiş prezidentinin belə bir açıqlaması Nikol Paşinyanı seçicilər qarşısında nüfuzdan salmağa hesablanmış addımdır”. Bu sözləri Sfera.az...