\"Erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri ölkənin öz imicinə zərbə vururlar\"

\

"Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir birbaşa Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır".

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, təəssüflər olsun ki, erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri başa düşmürlər ki, bununla onlar ölkənin öz imicinə böyük zərbə vururlar: "İkincisi isə bilmək lazımdır ki, Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək. Ona görə təəssüflər olsun ki, bu insan bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem gətirir, nəinki Azərbaycana".

S.Seyidov bildirib ki, Minsk qrupunun həmsədr ölkələrindən yalnız Fransa yox, digərləri də bəzən o qədər də obyektiv və düzgün mövqedə dayanmır: "Ancaq biz öz konkret mövqeyimizi ortaya qoymuşuq və bu istiqamətdə danışıqları davam etdirəcəyik".

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, "Madrid prinsipləri" tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...