Ərdoğanla Baydenin görüşü başa çatdı - VİDEO
21:43 / 14.06.2021
3554
NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb.
Sfera.az xəbər verir ki, görüşdəki əsas müzakirə mövzusu S-400-lər olacaq.
Türkiyənin Rusiyadan satın aldığı S-400 hava sistemlərindən sonra Türkiyənin F-35 proqramından çıxarılması, bunun ardınca yaşananlar müzakirə olunacaq.
***
Ərdoğanla Baydenin təkbətək görüşü 45 dəqiqə davam edib.
Hazırda görüş hər iki tərəfin nümayəndələrinin iştirakı ilə davam etdirilir.