Ərdoğan TANAP və TAP layihələrindən danışdı

Ərdoğan TANAP və TAP layihələrindən danışdı
"TANAP, TAP və Türkakım kimi iqtisadi əhəmiyyətli regional enerji layihələrini tamamladıq".

Sfera.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

"Enerji sahəsində cəmi gücümüzü 31 846 meqavattdan, 96 271 meqavatta yüksəltdik. TANAP, TAP Türkakım kimi əhəmiyyətli regional enerji layihələrini tamamladıq. Akkuyu Atom Elektrik Stansiyasının tikintisi davam edir. İnşallah, ilk reaktoru 2023-cü ildə fəaliyyət başlayacaq”, - o deyib.

OXŞAR XƏBƏRLƏR