Ərdoğan bu dəfəki səfərində açılışda iştirak edəcək

Ərdoğan bu dəfəki səfərində açılışda iştirak edəcək
Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına günləri sayır. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

Sfera.az  xəbər verir ki, bu fikirlər "TRT Haber”in Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı hazırladığı materialda yer alıb.

Qeyd edilir ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: "Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”.

Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.

"İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işgaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək”.

"Anadolu" agentliyi isə bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

Qeyd edilir ki, bu, Türkiyə liderinin son 1 ildə Azərbaycana 3-cü səfəridir. Türkiyə lideri bundan əvvəl 9 dekabr 2020-ci il və 15 iyun 2021-ci ildə də Azərbaycana rəsmi səfər edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...