Enrike İqlesias üçüncü övlad atası oldu

Enrike İqlesias üçüncü övlad atası oldu
Kateqoriya məlum deyil
T

Məşhur ispan müğənnisi Enrike İqlesias yenidən ata olub.

Bu barədə müğənninin kiçik qardaşı "Daily Mail”ə danışıb.

Xəbərdə bildirilir ki, E.İqlesias və həyat yoldaşı - keçmiş rus tennisçi Anna Kurnikova üçüncü övlada sahib olublar.

Lakin uşağın cinsi hələ mətbuata açıqlanmayıb.

Xatırladaq ki, E.İqlesias və A.Kurnikova 2001-ci ildə "Escape” mahnısına klipin çəkilişi zamanı tanış olub, 2002-ci ildən görüşməyə başlayıblar.

Onların Nikolas və Lusi adlı əkizləri var. (oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR