Ən çox hansı pul nişanlarından istifadə olunur? - FOTOLAR

Ən çox hansı pul nişanlarından istifadə olunur? - FOTOLAR
2020-ci ildə Azərbaycanın nağd pul tədavülü 11 milyard 827,7 milyon manat təşkil edib.

Sfera.az-ın Mərkəzi Bank-a istinadən verdiyi məlumata əsasən, kağız pulların tədavüldə məbləği 11 milyard 744,5 milyon manat (99,3 faiz), metal pul nişanlarının məbləği isə 83,3 milyon manat (0,7 faiz) olub.

Müvafiq dövrdə 267,1 milyon ədəd kağız pul nişanı, 514,2 milyon ədəd metal pul nişanı tədavüldə olub. Ədəd sayına görə, kağız pul nişanlarının tədavüldə çəkisi 34,2 faiz, metal pul nişanlarının xüsusi çəkisi isə 65,8 faizi təşkil edib.

2019-cu illə müqayisə etdikdə tədavüldə olan nağd pulun həcmi 13,8 faiz artıb. Belə ki, 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə nağd pul tədavülündə kağız pul nişanlarının məbləğlə həcmi 13,8 faiz, metal pul nişanlarının həcmi isə 10,6 faiz artıb.

Ümumi dövriyyənin 66,5 faizini 100 manatlıq əsginaslar təşkil edib. 200 manatlıq əsginasların çəkisi 15,8 faiz, 50 manatlıqlar isə 10 faiz təşkil edib.
Metal pul nişanlarından məbləğinə görə dövriyyədə ən çox istifadə olunanı 44,1 faizlə "50 qəpik”, 33,2 faizlə "20 qəpik”, 15,9 faizlə "10 qəpik” olub.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...