Emin Milli Ukrayna telekanalına Qarabağ həqiqətlərindən danışdı - VİDEO

Emin Milli Ukrayna telekanalına Qarabağ həqiqətlərindən danışdı - VİDEO

Sfera.az "Meydan Tv”nin yaradıcısı Emin Millinin Ukraynanın "Dom” telekanalına müsahibəsini təqdim edir:


Ermənilər arasında belə bir fikir var ki, Azərbaycan hökumətinin Dağlıq Qarabağdakı hərəkətləri əhalinin əksəriyyəti, xüsusilə də müxalifətçilər tərəfindən dəstəklənmir.


Gəlin görək "Meydan TV” müxalifət kanalının keçmiş top meneceri və yaradıcısı Emin Milli hazırkı vəziyyətdə sözügedən məsələ ilə bağlı bizə nə söyləyib. Yeri gəlmişkən, Berlində sığınacaq tapan Emin həm də siyasi məhbusdur. Dinləyək.


Emin Milli:

 

"Ermənistanın müdafiə naziri Nyu-Yorka ötən ilki səfəri zamanı Ermənistanın yeni hərbi doktrinini bəyan etdi. Sözügedən doktrinin məğzi işğal olunmuş yeddi rayon ətrafında daha çox ərazi zəbt etməkdən ibarət idi. İndi mən sizə, bizim ukraynalı bacı-qardaşlarımıza belə bir sualla müraciət etmək istəyirəm:

 

"Necə hesab edirsiniz, əgər qonşu ölkələrdən biri sizin əraziləri zəbt edibsə, siz də hansısa ağlabatan kompromis əldə etmək ümidilə qarşı tərəflə 26 il sülh danışıqları aparmısınızsa, amma 26 ildən sonra artıq torpaqlarınızı zəbt etmiş həmin qonşu ölkə vətəninizi atəşə tutmağa, sizi aşağılamağa başlayırsa və daha çox ərazilərinizi zəbt etmək fikrində olduğunu bəyan edirsə, Ukraynanın buna adekvat cavabı necə olar? Düşünün bu haqda.

 

Üstəlik, bu çox vacibdir, iyulda, bir növ sözügedən aqressiv doktrinin davamı kimi, ermənilər Azərbaycanın Tovuzdakı mövqelərini atəşə tutmağa başladı. İstəyirəm anlayasınız ki, bu artıq Qarabağ deyil, özü də bu ərazi Bakı-Ceyhan neft-qaz kəmərinə çox yaxındır. Sizcə, belə bir vəziyyətdə Azərbaycan, yaxud hər hansı başqa ölkə necə hərəkət etməlidir?

 

NATO məsələsinə gəldikdə isə, bilirsinizmi, əgər Azərbaycan NATO üzvü olsa idi, onun ərazisinə edilən hücum NATO blokuna daxil olan bütün ölkələrə təcavüz kimi qiymətləndirilərdi. Azərbaycan NATO-ya üzv ölkələr sırasında olsa idi, hazırda NATO Ermənistanla müharibə şəraitində olardı.

Bir daha nef-qaz kəməri mövzusuna qayıdaraq, qeyd etmək istəyirəm ki, iyulda Ermənistanın atəşə tutduğu Tovuz rayonu Qarabağdan çox kənarda yerləşir və o bölgə ilə heç bir əlaqəsi yoxdur. Ermənistanın bu əraziyə təcavüzünün yeganə məqsədi həmin ərazidən keçən Bakı- Ceyhan neft-qaz kəməri və ötən il Ermənistanın rəsmən elan etdiyi hərbi doktrinə əsasən, yeni ərazilər zəbt etmək planının həyata keçirilməsi idi.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...