Emil Rzayev: Bank BTB hər addımı ilə müasirləşən və seçilən bank olmaqdadır

Emil Rzayev: Bank BTB hər addımı ilə müasirləşən və seçilən bank olmaqdadır
Bank "BTB” ASC-nin İdarə Heyətinin Sədri Emil Rzayevin müsahibəsini təqdim edirik. Emil müəllim öz müsahibəsində bir sıra aktual məsələlərə toxunaraq Bank BTB-nin gələcək inkişaf planları barəsində danışdı. 
Hörmətli Emil müəllim, artıq 10 ildir ki, Bank BTB Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərir. Bu dövr ərzində inkişaf edən gənc bankınız hansı nailliyyətləri əldə edib və bu uğurun arxasında nələr dayanır? 

Düz qeyd etdiniz, həqiqətən də Bank BTB qısa zaman ərzində maliyyə bazarında özünə layiq yer tutub. Bankımız 10 il ərzində əsaslı şəkildə böyüyüb, filial şəbəkəmiz genişlənib, bankın aktivləri 15 dəfə artıb, yalnız son 5 il ərzində bank aktivlərinin artımı 150 faizə çatıb. Hazırda bankın əmanət portfeli 120 milyon manatdan çoxdur və bu göstərici artmaqda davam edir. Bu isə artan müştəri etimadının nəticəsi deməkdir.

Bundan əlavə, bankımız üçün ən dəyərli aktiv onun əməkdaşlarıdır. Əminliklə deyə bilərəm ki, hal–hazırda bankımızda illərin sınağından keçmiş, təcrübəli, işinə sadiq komanda mövcuddur. Bu isə öz növbəsində xidmət keyfiyyətinin yüksəldilməsi və müasir standartlara çatdırılması üçün tələb olunan əsas şərtdir.

Sirr deyil ki, keçdiyimiz bu yolda müəyyən çətinliklərlə üzləşmişik, lakin komandanın əzmkarlığı və peşəkarlığı sayəsində yaranmış problemlərin öhdəsindən bacarıqla gələ bilmişik. 

Yaradılmış sağlam mühit bu gün istənilən çətinliyin öhdəsindən gəlməyə şərait yaradır və bankın maliyyə göstəriciləri üzrə davamlı artımını təmin edir. 

Yaxın gələcəkdə Bank BTB müştərilərinə nə vəd edir və xidmət şəbəkəsinin inkişafını necə planlaşdırırsınız? 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...