Əməkdar artist: İstəyərəm ki, evə gələndə gəlin qarşıma bir stəkan çay qoysun

Əməkdar artist: İstəyərəm ki, evə gələndə gəlin qarşıma bir stəkan çay qoysun

Mənə sual verəndə özümə uyğun şəkildə cavab verirəm. Sənət yoldaşlarım haqqında pis fikirdə deyiləm. Kiməsə atmaca atmaq və ismarıc yollamaq xarakterimə uyğun deyil.

Bunu Əməkdar artist Elnarə Abdullayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Qalmaqallı fikirləri və cəsarətli çıxışları ilə gündəmə gələn sənətçi işlətdiyi kəlmələrə görə heç vaxt peşmanlıq hiss etmədiyini söyləyib:

"Hər bir insanın bir baxış pəncərəsi var dünyaya. Hərənin öz düşüncəsi var. Mən danışanda heç kimin haqqında danışmıram ki, sonra da söylədiyim sözə görə peşmanlıq hiss edim. Bu məsələdə olduqca rahatam”.

"Övladıma incəsənət aləmindən qız almaram” fikirləri ilə gündəmə gələn E.Abdullayeva bu mövzunu yenə də müzakirə olunacaq fikirlər səsləndirib:

"Fikirləşmirəm ki, "övladıma incəsənət aləmindən qız almaram” ifadəsi kiminsə xoşuna gələcək və ya qəzəbinə səbəb olacaq. Sözlərim bir çox sənət nümayəndələri tərəfindən tərifləndi. Axı sən haradan bilirsən ki, mən bu sözləri hansı prizmadan çıxarış edib, nəyə görə deyirəm? Siz axı mənim bu fikirlərimi niyə pis istiqamətə yozursunuz? Mən istəyərəm ki, evə gələndə gəlin mənim qarşıma bir stəkan çay qoysun. Təsəvvür edin ki, gəlinlə qayınana ikisi də bir yerdə toydan evə gəlirlər (gülür)”

"Gələcək gəlininiz sizinlə qalacaq?” sualına isə Əməkdar artistin cavabı birmənalı olub:

"Yaxşı pulum olsa, evlərim olsa, oğluma aldığım qızı (gəlini) başqa evə aparacağam”. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...