Əmanətlərin 55 faizi manatla saxlanılır - Kəskin artım

Əmanətlərin 55 faizi manatla saxlanılır - Kəskin artım
2021-ci ilin may ayında banklarda olan əmanətlərin həcmində nəzərəçarpacaq artım qeydə alınıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprelin sonunda 8,353 milyard manat olan əmanətlərin həcmi mayın sonunda 282 milyon manat və yaxud 3,37 faiz artaraq 8,635 milyard manata çatıb. 

Əmanətlərdəki artım manatla olan əmanətlərin 10,65 faiz artması hesabına baş verib. Mayda manatla olan əmanətlərin məbləği 450 milyon manatdan çox artaraq 4,74 milyard manat olub. 

Xarici valyutada olan əmanətlərin məbləği isə ötən ay azalıb. Banklarda apreldə 4,068 milyard manat dəyərində xarici valyutada əmanət olduğu halda mayda 174 milyon manat azalaraq 3,89 milyard manata enib. 

Bu dəyişiklikdən sonra banklarda olan əmanətlərin valyuta strukturu bir qədər də yenilənib. Artıq əmanətlərin 55 faizi manatladır. İlin əvvəlində bu göstərici 49,2 faiz idi. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR