Əmanətçilərə 712 mln. manata yaxın kompensasiya ödənilib

Əmanətçilərə 712 mln. manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 868 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 415 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 928 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 146 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 424 mln. 791 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 711 mln. 557 min manatdan artıq kompensasiya ödənilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...