\"Elşadla sevgiliyik\"

\

Rəqqasə Oksana Rəsulova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
 
Sənətçi lent.az-ın "Facebook”da canlı efirində qonaq olarkən, keçmiş həyat yoldaşı, repçi Elşad Xose ilə yenidən birgə olması məsələsinə aydınlıq gətirib.

"Bir çoxları iddia edir ki, biz Elşadla yenidən birgəyik. İlk öncə onu deyim ki, Elşad Xose ilə barışmamışıq. Çünki heç küsülü də deyildik. 6 il öncə ailə həyatı qurduq, üzərindən il ötəndən sonra isə boşandıq. Hazırda biz çox yaxşı dostuq. Biz-birimiz üçün doğma insanlarıq. Bu o demək deyil ki, Elşadla biz barışıb, bir yerdə yaşayırıq, sevgiliyik”, - deyə O.Rəsulova söyləyib.
 
Rəqqasə hələ ki, təkrar ailə həyatı qurmaq barədə düşünmədiyini deyib:
 
"Hazırda yenidən ailə qurmaq fikrim yoxdur. Çünki artıq başa düşürəm ki, hər şey səhvlər üzərində qurulmur. Amma səhvlərdən nəticə çıxarmaq lazımdır deyə, mən ərə getməyəcəyəm. Sərbəstəm, işimlə, karyeramla məşğulam. Zamanı gələndə, Allah qismət edər, bu olar. Sevgilim yoxdur. Çünki indi sevgili istəmirəm. Tənha qalmaq niyyətim də yoxdur. Hər gün mənə "İnstagram”da, "Facebook”da evlilik təklifi gəlir. Amma əhəmiyyət vermirəm”.
O.Rəsulova "Hindistandan elçi çıxsa "yox” deyərəm. Onu da deyim ki, Hindistana ailə qurmaq üçün getməmişdim. Əgər xəyallarım olmasaydı, ora getməzdim. Hindistan o ölkə deyil ki, orada yaşayım. Yəni oradan evlilik təklifi gəlsə, inanmıram ki qəbul edim”


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...