Elnur Allahverdiyev növbəti dəfə seçiciləri ilə görüşdü - FOTO

Elnur Allahverdiyev növbəti dəfə seçiciləri ilə görüşdü - FOTO
"Dünən seçicilərimizlə növbəti görüşümüz baş tutdu. Oktyabr ayında bu, ilk görüşümüz idi. Vətən müharibəsinin ildönümündə keçirilən tədbirlər, çoxsaylı görüşlərimizlə əlaqədar bu ay seçici qəbulunu yalnız bir dəfə reallaşdıra bilmişik. Güman edirəm ki, noyabrdan etibarən arzulayan sakinlərimizlə daha tez-tez bir araya gələcəyik".
 
Sfera.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev bildirib. 

O, bu dəfəki qəbulunda müxtəlif məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb:

"Dairəmizin ərazisindəki binalardan birində istilik sistemi ilə bağlı çətinlik yaranıb. Bununla bağlı yerli icra orqanları ilə fikir mübadiləsi aparacağıq. Hər zaman olduğu kimi, bu dəfə də daşınmaz əmlak və mülkiyyətlə bağlı müraciətlər var. Seçicilərimizdən ikisi (onlardan biri Vətən müharibəsi qazisidir) belə demək mümkündürsə, özəl işə malikdirlər, fəaliyyətlərini genişləndirmək istəyirlər. Bu ətrafda fikir mübadiləmiz oldu. 

Xüsusi qeyd etməliyəm ki, dairəmizin iki qazisi ilə yaxından tanış olmaq imkanı qazandım - Məmmədzadə Orxan və Cəbiyev Rafiq. Döyüş yollarından danışdılar. Cəngavərdirlər! Xalqımızın belə övladları ilə həmişə fəxr etməliyik. Qazilərimizlə mütəmadi şəkildə görüşürük, yollarımız kəsişir, xüsusilə hazırda hər gün Fəxri Xiyabanda iştirak etdiyimiz şəhidlərimizin anım mərasimlərində. Ancaq onlarla yaxından ünsiyyətin ayrı önəmi var. Allah hamısına cansağlığı versin, yaralılar tezliklə tam şəfa tapsınlar!"


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...