Əlləri bu hallarda mütləq yumaq lazımdır

Əlləri bu hallarda mütləq yumaq lazımdır
 Pandemiya dövründə əllərin tez-tez yuyulması, təmiz saxlanması əsas tövsiyələrdən biridir. Bu, demək olar ki, hər gün mütəxəssislər, əlaqədar qurumlar tərəfindən vurğulanır.

Bu gün isə dünyada Əl Gigiyenası Günü kimi qeyd olunur.

Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bu günlə bağlı açıqladığı məlumatda bildirilir ki, əlləri su və sabunla yumaq koronavirusun (COVID-19) qarşısını almaq üçün əsas qabaqlayıcı tədbirlərdən biridir. ÜST bir daha vurğulayır ki, özünüzü və digərlərini xəstələnməkdən qorumaq üçün əllərinizi yuyun. Əlləri bu hallarda yumaq vacibdir:

- Öskürdükdən və ya asqırdıqdan sonra

- Xəstəyə qulluq edərkən

- Yemək hazırlayarkən, eləcə də hazırlamazdan əvvəl və sonra

- Yemək yeməzdən öncə
 
- Tualetdən istifadə etdikdən sonra

- Əllər gözlə görülə biləcək dərəcədə çirkli olduqda

- Heyvanlara və ya heyvan tullantılarına toxunduqdan sonra.
 
(saglamolun.az)

OXŞAR XƏBƏRLƏR