“Əli İnsanovdan ürkürəm...” – Natiq Cəfərli sabiq səhiyyə nazirindən yazdı

“Əli İnsanovdan ürkürəm...” – Natiq Cəfərli sabiq səhiyyə nazirindən yazdı


"Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür”.

 

Sfera.az-ın məlumatına görə bu fikirləri "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi Natiq Cəfərli özünün facebook hesabında yazıb. Onun sözlərinə görə, Əli İnsanovun yeganə məqsədi qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur:

 

"Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə ictimai dəstək qazanacaq. Mən məmləkərin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm”.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR