“Əli Həsənovun FETÖ ilə ortaq kanalları və sıx münasibətləri olub” - Qulu Məhərrəmli və Bəxtiyar Hacıyev belə düşünür

“Əli Həsənovun FETÖ ilə ortaq kanalları və sıx münasibətləri olub” - Qulu Məhərrəmli və Bəxtiyar Hacıyev belə düşünür
Bunu Sfera.az-a açıqlamasında ictimai xadim Bəxtiyar Hacıyev dedi: "Təbii ki, Əli Həsənovun FETÖ ilə bağlılığı mümkündür. Onların ortaq kanalları və kifayət qədər sıx münasibətləri olub. Amma bu münasibətlərin hansı səviyyədə olduğunu yəqin ki, hüquq-mühafizə orqanları müəyyənləşdirəcək və cəza nədirsə onu da tətbiq edərlər”.

"Ehtimal etmək olar ki, hansısa xətlərdə Əli Həsənovla FETÖ-nün birgə maraqları olub”

Məsələyə münasibət bildirən siyasi icmalçı Qulu Məhərrəmli bu cür düşünür: "Əli Həsənov dövlət adamı olub. Əli Həsənov mətbuatımızı bu günə salanlardan biridir. Burada konkret faktlar olmasa, ittihamla çıxış etmək çətindir. Belə yazıların çoxuna da ötəri, təbliğat kampaniyası kimi baxıram. Ancaq dövlət məmuru və böyük biznes şəbəkəsinə malik adam olaraq ehtimal etmək olar ki, hansısa xətlərdə Əli Həsənovla FETÖ-nün birgə maraqları olub. Amma konkret ittihamla çıxış etmək üçün əlimdə ciddi əsaslar yoxdur”.  
 
Elçın
Sfera.az

OXŞAR XƏBƏRLƏR