“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” – Politoloqdan açıqlama

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” – Politoloqdan açıqlama

"Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”.


Sfera.az-a açıqlamasında bu sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələri, mediada Fətullah Gülənin ona və Ramiz Mehdiyevə qalstuk hədiyyə etməsi barədə fotoların yayılması məsələsinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:


 


"Fətullah Gülənin Azərbaycanla təmaslarının olduğu heç kimə sirr deyil. O güclü olduğu zamanlarda Azərbaycanda da müəyyən əlaqələr qurmuşdu. Ona xidmət edən məktəblər, universitetlər var idi. Hətta bir dəfə özü də etiraf etmişdi ki, xarici ölkələrdə ən güclü dayağı Azərbaycandadır.

 

İstisna etmirəm ki, Azərbaycanda hakimiyyət içində, parlamentdə də onun tərəfdarları vardı. Bu tərəfdar qruplar vasitəsilə Gülən öz əməllərini həyata keçirir, imkanlarını gücləndirirdi. Əli Həsənov vaxtilə ideoloji sahəyə cavabdeh olan şəxs kimi belə halların qarşısını almalı idi. Amma görürük ki, özü onların toplantılarında iştirak edir, bu barədə şəkillər də yayılıb”.

 

Buna əsasən də həmsöhbətimiz hesab edir ki, ölkəmizdə FETÖ-çulara şərait yaradanlar, dəstək verənlər içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub:

 

"Zərərli təşkilat olduğunu görə-görə niyə FETÖ-ya belə imkanlar yaradırdılar? Demək özləri də bu işin içində olublar. Nəinki qarşısını almayıb, əksinə onların bir çox layihələrində aktiv yer alıblar. Ortada müəyyən faktlar, görüntülər, şəkillər var, FETÖ-nun müəyyən adamları ilə görüşləri olub.

 

FETÖ-nun tədbirlərində Əli Həsənov, Ramiz Mehdiyev yuxarı başda otururdu. Bunlar hamısı olub. Hətta Türkiyədə FETÖ-nün hərbi çevrilişə cəhdindən sonra da onlar Azərbayandakı fəaliyyətlərini azaltmadılar. Yalnız Türkiyədən Bakıya müəyyən məsələlərlə bağlı hesabatlar göndərildikdən sonra prosesin qarşısı alındı”.

 

Elçin

 

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...