Əli Əhmədov BMT-nin forumunda çıxış etdi

Əli Əhmədov BMT-nin forumunda çıxış etdi

İyulun 9-18-da ABŞ-ın Nyu York şəhərində səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökümət rəsmilərinin iştirak etdiyi Nazirlər Seqmentində çıxış edib. 

Nazirlər Kabinetindən verilən məlumata görə, o, çıxış zamanı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən, inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, "heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. Belə ki, son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əmək haqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılıdığını diqqətə çatdırmışdır.

Bununla yanaşı, Azərbaycanda DİM-lərin icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi məqsədilə respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirilməsi haqqında məlumat verilib.

Eyni zamanda Baş Nazirin müavini ölkəmizdə DİM-lərə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandıraraq münaqişə nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini xüsusi vurğulayıb.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...