Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?

Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?
Ötən gün parlamentin növbədənkənar sessiyasının plenar iclası keçirilib. İclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunub. Baş prokuror Kamran Əliyevin və deputatların çıxışından sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da polisi döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Elə həmin gün, E.Səlimov törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və Binəqədi rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Adıçəkilən deputatın toxunulmazlığına xitam verilsə də, hələ mandatdan məhrum edilməyib.

Bəs deputat hansı halda mandatdan məhrum edilir?

Hüquq müdafiəçisi, sabiq deputat Əliməmməd Nuriyev bununla bağlı Modern.az-a açıqlamasında bildirib ki, deputat ağır cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda mandatdan məhrum edilir.

Onun sözlərinə görə, məhkəmənin hökmü imkan verir ki, Mərkəzi Seçki Komissiyası deputatın səlahiyyətinə xitam versin.

"Buna qədər cinayət işi konkret şəxslə bağlı deyil, fakta görə başlanmışdı. Deputatın toxunulmazlığına xitam verilməsi ona görə vacib idi ki, onun barəsində cinayət işi başlansın. Konstitusiyanın 90-cı maddəsinə görə, deputat yalnız cinayət başında həbs edilə bilər. Digər hallarda isə deputatın toxunulmazlığına xitam verilməlidir.

Həbs-qətimkan tədbirinin seçilməsi onunla bağlıdır ki, 309-cu maddənin 2-ci hissəsi səlahiyyət həddini aşma ağır cinayətlər kateqoriyasına daxildir. Bu maddənin sanksiyası üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu, dövlət və ictimai maraqlara ağır zərbədir. Üç ay müddətində istintaq hərəkətləri gedəcək. Daha sonra həmin cinayət işi məhkəməyə göndəriləcək və qərar veriləcək”.

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...