Eldar Quliyevin dəfn olunacağı yer açıqlandı
11:36 / 16.04.2021
808
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, E.Quliyev Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Bu qərar mərhumun vəsiyyətinə uyğun olaraq ailəsi tərəfindən qəbul edilib. E.Quliyev həyat yoldaşının yanında torpağa tapşırılacaq. // "Report"