Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib
 Sərt karantin rejimin tətbiq edilməsi ilə fəaliyyəti bərpa olunan ekspres xətlərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır.

Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur. Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir.

Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.

Dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.

Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

 Bakıda və Abşeron yarımadasında avqustun 14-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamü...

Təhsil naziri müəllim, şagird və valideynlərlə görüşdü - FOTO

 Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib. Bu ...

İki nəfəri xilas edən QƏHRƏMANIMIZ!

"İki gün əvvəl 11 avqustda SOCAR Bakı Ali Neft Məktəbinin Fiziki tərbiyə və idman kafedrasının baş müəllimi, su polosu üzrə idman ustası, 2017-ci il İslam Oyu...

DGK sədrinin baldızı oğlunun adı korrupsiya qalmaqalında - İttiham

"Son zamanlar Dövlət Gömrük Komitəsində qanunsuzluğun baş alması ilə əlaqədar mətbuatda mütəmadi olaraq məlumatlar gedir. Hətta Korrupsiyaya Qarşı Mübarizə İdar...

Baş nazirdən koronavirusla bağlı tapşırıq: Bu şəxslərin işləməyi qadağan edilsin

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. ...

Karantin rejimi ilə əlaqədar Mingəçevirdə növbəti reyd keçirilib - FOTO

 Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçir...