Ekspert təhsil kreditləri ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirdi

Ekspert təhsil kreditləri ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, Təhsil Tələbə Kredit Fondunun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasında nəzərdə tutulan tələb və güzəştlər açıqlandı.

Bu barədə Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təəssüf ki, qiyabi oxuyanlar ondan yararlana bilməyəcək:

"Bu yanlışdır. Hər dəfə hansısa bir qurum yarananda ona böyük ümidlərlə baxırıq. Təhsil Tələbə Kredit Fondu yarananda da düşündük ki, bütün tələbələr ondan yararlanacaq. Amma bu heç də belə deyil. Kredit iki hissədən, sosial paket və ümumi paketdən ibarətdir. Fərq ondadır ki, valideynləri işləməyən, valideyndən birini itirən, özü üçüncü qrup əlil olan tələbələr sosial paketdən faydalanacaqlar. Hansı ki, tələbə krediti digərində 4 faizdən verildiyi halda, sosial paketdə iki faizdən veriləcək. Təhsili başa vuranlar 10 il ərzində onu geri qaytaracaq. Bunlar müsbət addımlardır”. 

Ancaq həmsöhbətimizin fikrincə, müəyyən edilən qaydalarda çatışmayan tərəflər kifayət qədərdir:

"Atılan addım ancaq əyani tələbələrə şamil edilir, qiyabi oxuyanlar ondan istifadə edə bilməyəcək.  Ümumi orta müvvəfəqiyyət göstəricisi 71 baldan hesablanacaq. Bu rəqabət yaradacaq. Amma müəyyən qədər ədalətli deyil. Ehtiyacı olsa da, obyektiv, subyektiv səbəblərdən orta göstəricisi aşağı olanlar prosesdən yararlana bilməyəcək. Veriləcək kreditin məbləği məsələsi də ehtiyacı tam ödəməyə imkan verməyəcək. Məsələn, təhsil haqqı 5 min manat olsa da, Fondun Himayəçilər Şurası 3 min manatadək kredit verəcək.  Yerdə qalan hissəni isə tələbə özü ödəyəcək. Paketdə qeyd olunur ki, müraciət edən tələbənin təhsil haqqının 20 faizi onun özü tərəfindən ödənilməlidir. Bu faizi daha aşağı etməliyik. Geri qaytarmada güzəşt görmədim. Təhsil aldığı müddətdə beynəlxalq yarış və olimpiadaların qaliblərinə krediti bağışlamaq daha yaxşı olardı. 

Düşünürdüm ki, Fond tək təhsil haqqını deyil, tələbənin yaşayış və kirayə xərclərini də ödəyəcək. Bu da baş vermədi. Hər halda yaxşı addımdır. 80 milyon manatlıq vəsait 42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək”.

Rüfət SULTAN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...