Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir

Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
 Azərbaycanda yeni növ koronavirusa yoluxma sayının artması karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Sərtləşmə zamanı isə ilk olaraq metropolitenin fəaliyyəti dayandırıldı. Bəs bu qərar avtobus sərnişin daşımalarının yekünü nə qədər artırır?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatla bağlı verilən qərarlar Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarları deyil: "Metropolitenin fəaliyyətini dayandırması ilə bağlı qərarın ardından sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün BNA əlindən gələni edir.

Metronun bağlanmasını düzgün qərar hesab etmirəm. Çünki gediş-gəliş ehtiyacları olan böyük sayda vətəndaşlar var və onların daşınması zəruridir. Bütün sərnişinlərin isə avtobuslara yönəlməsi müəyyən sıxlıqlar yaradır ki, bu da risklidir. Bu dövrdə vətəndaşların da anlayış göstərməsi, ehtiyac olmadıqda ictimai nəqliyyatdan istifafə etməməsi önəmlidir".

Ekspert həmçinin bildirib ki, daha əvvəl nəzarət postlarının ləğv olunması ilə bağlı qərar verildi, indi isə postların yenidən bərpa olunacağı deyilir: "Məsələ burasındadır ki, pik saatlarda təkcə avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir. Bunun üçün metro lazımdır, metro da bağlıdır. BNA tərəfindən xəttə buraxılan ekspres marşrutlar isə metro stansiyaları arasında daşımaları həyata keçirir və metrodan istifadə edənlərin bu xətlərə axını sıxlıqlar yaradır. Bu, sırf BNA-nın problemi deyil. Bu gün BNA-nın fəaliyyətinin əsas məqsədi hərəkəti zəruri olan insanları mənzil başına çatdırmaqdır. Buna görə də, zəruri olmadıqca ictimai nəqliyyatdan istifadə etməyən insanlar təqdir olunmalıdır".

"Düşünürəm ki, özəl daşıyıcı şirkətlərə maliyyə yardımı edilməlidir. Bir neçə ay ərzində sərnişin sayında böyük azalma var. Bu isə özəl daşıyıcı şirkətlərin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Lakin eyni zamanda onlar tam gücü ilə çalışır və çalışmağa məcburdur. Bu da onlara maliyyə dəstəyini zəruri edir", - deyə ekspert əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...