Ekspert: \"Bu faktorlar Sumqayıtdan Bakıya gələnlərdə dəmir yoluna marağı artıracaq\" (RƏY)

Ekspert: \
Bakı-Sumqayıt sürət qatarı istifadəyə verilməsi həmin istiqamətdə hərəkət edən insanların kifayət qədər marağına səbəb olub. Sərnişinlərin diqqətini bu nəqliyyata daha çox cəlb etmək üçün hansı amillər nəzərə alınmalıdır?

Nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, qatarlar arasındakı hərəkət intervalı çox əhəmiyyətlidir.

"Əgər Bakı-Sumqayıt istiqamətində keyfiyyətli xidmətin təşkil olunması hədəflənirsə, bu zaman hərəkət intervalı aşağı salınmalıdır. Bunun üçün isə əlavə qatarların hərəkəti təmin edilməlidir. Bu yaxınlarda artıq iki qatar alınaraq Azərbaycana gətirilib. Əlavə qatarların bu istiqamətdə hərəkəti təmin edilsə qatarlar arasındakı hərəkət intervalın 10 dəqiqə ətrafında nizamlamaq mümkün olacaq. Dayanacaqlar arasındakı məsafə də mühüm əhəmiyyətli amildir. Digər tərəfdən gələn ilin fevralında Abşeron dairəvi dəmir yolu xəttinin açılması planlaşdırılır. Bu baxımdan dəmir yolu depolarının infrastrukturu da elə qurulmalıdır ki, həmin qatarların dövriyyəsini təmin etmək gücündə olsun.

Düşünürəm ki, dəmir yolu Bakı-Sumqayıt avtomobil yolunun sərnişin yükünü də əhəmiyyətli dərəcədə azalda bilər. Çünki bu gün Sumqayıtdan çıxıb avtomobil və ya avtobusla normal qaydada Bakıya çatmaq üçün heç bir zəmanət yoxdur. Xırdalan dairəsinə çatmamış yolda hansısa qəza olduqda və ya nəqliyyat vasitəsində hər hansı bir nasazlıq yarandıqda evakuatr xidməti gəlib həmin avtomobili aparana kimi böyük tixac yaranır. Bunun alternativi isə səyahəti planlaşdırmağa imkan verən, qrafik üzrə hərəkət edən sürətli, komfortlu və təhlükəsiz nəqliyyat qatardır. Bu amillər birmənalı şəkildə Sumqayıtdan Bakıya işləmək və ya təhsil almaq üçün gələnlərin marağını dəmir yolu nəqliyyatına yönəldə bilər.

Bir məqama da diqqət etmək lazımdır ki, elektriklə işlədiyi üçün qatar həm də ekoloji cəhətdən təmiz nəqliyyat növüdür və ətraf mühitə mənfi təsiri heç səviyyəsindədir", - ekspert bildirib.

OXŞAR XƏBƏRLƏR

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...