Ekspert pandemiyadan sonra Bakı-Gəncə qatarında sərnişin axınını artırmağın yollarını açıqladı

Ekspert pandemiyadan sonra Bakı-Gəncə qatarında sərnişin axınını artırmağın yollarını açıqladı
 

Azərbaycanda sərnişindaşınmanın keyfiyyətinin artırılması istiqamətində mütəmadi iş aparılır. Bura Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2018-ci ilin dekabr ayında Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsi də daxildir. Ötən dövr ərzində həmin istiqamətin sərnişinlər üçün cəlbediciliyi artırmaq baxımından müəyyən işlər görülüb.

Ümumiyyətlə, dəmir yolu ilə Bakı-Gəncə istiqamətində sərnişindaşımanın həcmini artırmaq üçün hansı tədbirlərə ehtiyac var?

Bu barədə "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, həmin istiqamətdə hərəkətə sərnişinlərin diqqətini cəlb etmək üçün bir sıra addımların atılmasına ehtiyac var:
"Artıq bir neçə aydır karantin rejimi ilə əlaqədar olaraq, Bakı-Gəncə sürət qatarı fəaliyyət göstərmir. Bəlli məsələdir ki, bu müvəqqəti tədbirdir və epidemioloji vəziyyət normalaşandan sonra hərəkət yenidən bərpa olunacaq. İstənilən halda müvəqqəti dayanmaya kimi də xəttlə bağlı müəyyən nəticələrə gəlmək üçün kifayət qədər vaxt keçib. Belə ki, ADY tərəfindən bu istiqamətdə hərəkəti cəlbedici etmək üçün addımlar atıldı. Hər hansı investisiya qoyuluşu tələb etməyən və qısa zamanda atıla biləcək addım tariflərin dəyişdirilməsi hesab edilir və qurum da ilk olaraq buna getdi. Ötən ilin fevralında standart vaqonlarda gediş haqqı qiymətini 15 manatdan 10 manata, biznes-klas sərnişinlər üçün 50 manatdan 25 manata endirildi. Uşaqlar üçün tariflər daha da aşağıdır. Əlbəttə, bundan sonra vəziyyətin kardinal şəkildə dəyişəcəyini düşünmək sadəlövhlük olardı. Çünki qatarın yolda olma vaxtı sürət qatarı kriterilərinin xeyli altında idi. Sürət qatarı normal qatarlardan daha sürətli səyahət etməsinə görə fərqlənir. Bakı-Gəncə qatarı isə 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edirdi. Bu onun rəqabətqabiliyyətliliyini məhdudlaşdıran faktor idi. Bunu nəzərə alan ADY ötən ilin noyabr ayında sürət qatarının yolda olma müddətni 3 saat 45 dəqiqəyə kimi endirdi. Bunun üçün qatarın sürəti 135 km/saata qaldırıldı. Sürət artımına isə Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri hesabına nail olundu. ADY rəhbəri bir müddət öncə mövcud infrastrukturun sürəti 140-a kimi artırmağa və beləliklə də, Gəncəyə 3 saata çatmağa imkan verdiyini dedi. Lakin bu vaxt belə sərnişnlərin diqqətini əsasən avtomobil nəqliyyatından dəmir yoluna çevirməyə yetərli deyil. Məsələn Ankara-Konya-Ankara sürət qatarı 306 kilometrlik məsafəni 1 saat 47 dəqiqəyə qət edir. Bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılan Ankara-Sivas sürət qatarının isə 400 kilometrlik məsafəni 2 saata qət edəcəyi bəyan olunur. Yəni bizdə hələ qarşıda görülüəcək xeyli işlər var”.

Ekspert hesab edir ki, həmin istqamətdə dəmir yolunun sərnişindaşımada digər nəqliyyat vasitələri qarşısında rəqabət qabiliyyətini artıracaq əsas amil yola sərf olunan vaxtın daha da azaldılmasıdır: "Bunun üçün indikindən daha sürətli hərəkət təmin olunmalıdır. Buna isə dəmir yolu şəbəkəsinin modernləşməsi və yenidənqurulması yolu ilə nail olmaq mümkündür. Belə ki, yol təsərrüfatı və işarəvermə qurğuları ən müasir tələblərə uyğunlaşdırılmalı, elektrik təchizatı sahəsində təmas şəbəkəsi yenilənməlidir. Sürətin artması təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olmasını labüd edəcək. Bura, ilk növbədə, çəpərləmə işlərinin intensivləşməsi və siqnalizasiya sistemlərinin müasir standartlara uyğunlaşdırılması daxildir. Bildiyimiz kimi dəmir yolu gecə reyslərində avtomobil nəqliyyatı üzərində aşkar üstünlüyə malikdir. Bu, ilk növbədə, dəmir yolunda hərəkətin daha təhlükəsiz olması ilə əlaqədardır. Sürət optimal həddə çatandan sonra bu üstünlük maksimal effektini göstərəcək. Lakin sərnişin məmnunluğu sadəcə sürətə bağlı məsələ deyil. Xidmət keyfiyyətinin təkmilləşdirilməsi və artırılması istiqamətində aparılan işlər davamlı olmalıdır. Bura biletin əldə olunmasından tutmuş, isitmə-soyutma sistemi və internet şəbəkəsinə kimi olan bütün spektr xidmətlər daxildir. Yuxarıda qeyd edilənlərin reallaşması Bakı-Gəncə sürət qatarına sərnişin axınını təmin etməklə xəttin səmərəliyini artıracaq”.




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...