Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlər

Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlər
 

ABŞ şirkətləri, xüsusilə "Exxon Mobil”, bir çox yerlərdə, ABŞ-ın digər ölkələrdəki səfirlikləri ilə məsafə saxlayırlar və ABŞ-ın rəsmi siyasi xətti ilə özlərinin əlaqələndirilməsini istəmirlər. ABŞ neft şirkətləri heç vaxt dövlətə məxsus olmayıblar. ABŞ-ın federal və yaxud ştat hökumətləri heç vaxt onlarda hansısa pay sahibi olmayıblar. Əksəriyyəti əzəldən dövlət şirkətləri olan və ya dövlətə məxsus olan və sonralar özəlləşdirilən Avropa neft və qaz şirkətlərindən fərqli olaraq, ABŞ neft şirkətləri tamamilə başqa cür inkişaf etmişlər. Avropa və Asiyada, əksinə, bir çox neft şirkətləri, Amerika şirkətlərindən fərqli olaraq, öz mənşə ölkələri ilə sıx əlaqələrə malikdirlər.

Bunu Trend-ə açıqlamasında ABŞ-ın Corctaun Universitetinin professoru, xarici siyasət və energetika üzrə tanınmış mütəxəssis Brenda Şaffer deyib.

"Amerikanın neft şirkətləri xaricdəki investisiya strategiyalarında kommersiya amilləri əsasında işləyirlər. Misal üçün, Azərbaycanda enerji daşıyıcılarının ixracına münasibətdə Amerika siyasətinin tarixinə nəzər salsaq, görərik ki, ABŞ hökuməti tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsinə fəal dəstəyə baxmayaraq, Xəzər bölgəsindəki layihələrdə iştirak edən Amerikanın iri neft şirkətlərinin əksəriyyəti bu ixrac marşrutunu dəstəkləməyib. Amerika şirkətləri layihədə çox kiçik paylar əldə ediblər.

Ümumiyyətlə, son 10 il ərzində Amerika neft-qaz bumu nəticəsində ABŞ-ın neft-qaz şirkətlərinin əksəriyyəti xarici investisiyalarını azaldıb. Hazırda işlədilmə üçün ABŞ-da neft-qaz ehtiyatları çoxdur. Burada olan aparıcı mühəndislərin və texniki mütəxəssislərin ABŞ-da işləməsi üçün şərait yaratmaq, onları xarici ölkələrə göndərməkdən xeyli asandır. Hal-hazırda ABŞ-da layihələrin işlənib hazırlanması əksər digər ölkələrdən nisbətən daha ucuzdur. Bu "evə qayıdış” siyasətinin bir hissəsi kimi, təəccüblü deyil ki, ExxonMobil və Chevron Azərbaycan kimi ölkələrdəki layihələrdən öz iştirak payını çıxardırlar.

Beynəlxalq neft şirkətlərinin mövcud sərmayələrini müntəzəm olaraq qiymətləndirməsi qərarlaşmış bir praktikadır. Məsələn, kiçik paylar özünü heç də hər zaman kiçik investisiyalarla doğrultmayan dərəcədə idarəetmə (menecmentlik) vaxtının sərf olunmasını tələb edir. Böyük beynəlxalq neft şirkətləri idarəetmə xərclərini azaltmaq üçün tez-tez investisiyalarının coğrafi əhatə zonalarını birləşdirilər. Bundan başqa, şirkətlərin bir layihədə iştirakını davam etdirməsi üçün investisiyaların mənfəətliliyi kifayət etmir. Bu investisiyalar alternativ imkanlardan daha çox mənfəət gətirməyə davam etməlidir. Beləliklə, 90-cı illərin əvvəllərində özünü doğrultmuş bir investisiya qoyuluşu, bu əsrin 20-ci illərində onların investisiya portfelinə uyğun olmaya da bilər. Bunun siyasətlə heç bir bağlantısı yoxdur.

"Chevron” və "ExxonMobil” 2018-ci ilin dekabr ayında Azərbaycandakı layihələrdəki paylarını çıxartmaq niyyətində olduqlarını elan ediblər. Bu qərarların ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlərlə heç bir bağlantısı olmamışdır. Sadəcə, qeyd etdiyim kimi, bu tip kommersiya qərarları ABŞ hökuməti ilə razılaşdırılmır.

Eyni zamanda, hazırda Vaşinqton və Bakı arasında mükəmməl siyasi münasibətlər mövcuddur. Ötən həftə ABŞ prezidenti Donald Tramp Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bu təbrik məktubunda ifadə olunmuş Amerikanın Azərbaycana dəstəyinin səviyyəsi demək olar ki, presedentsiz olmuşdur.

ABŞ-ın hazırkı administrasiyası çox praqmatik geosiyasi yanaşma sərgiləyir və Azərbaycanı Rusiya, İran və Türkiyənin episentrində yerləşən mühüm strateji tərəfdaş kimi görür.

Energetika sahəsində ABŞ hökuməti Cənub Qaz Dəhlizi layihəsinə fəal dəstək göstərməyə davam edir və onun bu il planlaşdırılan tamamlanmasına nəinki Azərbaycanın və Avropanın enerji təhlükəsizliyi baxımından vacib hadisə kimi, hətta Amerikanın xarici siyasətinin uğuru kimi baxır”, - deyə o qeyd edib".

OXŞAR XƏBƏRLƏR

Sərtləşdirilmiş karantin rejimi nə vaxtadək davam edəcək? – AÇIQLAMA

  "İnsanlar qaydalara nə qədər çox əməl etsə, karantin rejiminin müddəti də o qədər az olacaq”   "Bu gün Ümumdünya Səhiyyə Təşkilatının, bütün düny...

Sürücülərin SMS icazəsində DƏYİŞİKLİK: Bundan sonra...

  Sürücülərin SMS icazə almasında dəyişiklik qəbul olundu. Sfera.az xəbər verir ki, müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsilə tə...

SON DƏQİQƏ! Karantin qaydalarını pozan Mələk Heydərova işdən uzaqlaşdırıldı

  Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən ...

DİN “Fairmont Baku”da saxlanılanlarla bağlı məlumat yaydı - Fotolar + Video

 Daxili İşlər Nazirliyi  "Fairmont Baku" otelində karantin rejimini pozduğu üçün saxlanılanlarla bağlı açıqlama yayıb.  DİN-in Mətbuat Xidm...

"Bu icra başçısı iki gün əvvəl yasda iştirak edib halva yemişdi" — Keçmiş deputat ona “artist” dedi

 "Sizə də elə gəldi ki, Şəmkirdə yas yasağı var, ancaq yerli əhali buna əməl etmir? Mən o icra başçısının elədiyi "artist"liyə bir qədər sonra qayıdaca...

Bu gündən Azərbaycanda daha bir QADAĞA BAŞLADI

  Bu gündən Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, ...