Ehtiyatda olan zabit: \"Onlar Azərbaycan Ordusunu zəiflətmək istəyirlər”

Ehtiyatda olan zabit: \
 
"Onlar Azərbaycan Ordusunu zəiflətmək istəyirlər” 

Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev bildirib.
 
Ehtiyatda olan zabit deyib ki, hazırda Azərbaycan Ordusunun döyüş hazırlığına xələl gətirmək istəyən xarici qüvvələrdən maliyyələşən insanlar "Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun fəaliyyəti haqqında yalan məlumatlar yayırlar. 
Onun sözlərinə görə, sosial şəbəkələrdə general haqqında yayılan yalan məlumatlara görə "beşinci kolon"un adamları xaricdən qrant alırlar: 

"Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov dövlətə sadiq generaldır. Bu gün sosial şəbəkələrdə onun haqqında yalan xəbər paylaşanlar unudublar ki, o, vaxtilə Ağdərə rayonunu tamamilə azad edən 703 saylı briqadanın komandiri olub”.

Ş.Əliyev bildirib ki, N. Sadıkov Vətəninə bağlı, onu sevən və qoruyan generaldır:

"Həmin illərdə tabor komandiri olduğuma görə bilirəm ki, Nəcməddin Sadıkov o qədər Vətənə bağlı insandır ki, 1990-cı illərdə bir qarış torpağımızı verməmək üçün bir neçə vəzifəli insanla mübarizə aparıb. Tərtərin icra başçısı Sərdar Həmidovla, Sürət Hüseynovla... Çünki bilirdi ki, onlar nə etmək istəyirlər. Torpaqların verilməsinə göz yuma bilmirdi, bilməzdi. O, Vətənini sevən generaldır. İndi hərə sosial şəbəkəyə çıxıb müxtəlif yalan uydurur. Hamısı bizim ordumuzun güclənməsini istəməyənlərin təxribatıdır. Onlar Azərbaycan Ordusunu zəiflətmək istəyirlər. Ona görə də bu formada qarayaxma kampaniyası aparırlar”.



OXŞAR XƏBƏRLƏR