Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!

Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
 
Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.

Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Anews.az-a verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi tac dəliyindən çıxan yüksək sürətli axınlar effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən ikinci proqnoz günü, yəni 27 sentyabr tarixində günün ikinci yarısından etibarən maqnit qasırğasının olacağı gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.

Rəsədxanadan qeyd edilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...