Əhalinin neçə faizi xərclərini asanlıqla ödəyir? - Statistika

Əhalinin neçə faizi xərclərini asanlıqla ödəyir? - Statistika
Azərbaycan əhalisinin 31,4 faizinin orta gəliri zəruri xərclərini çətinliklə, 68,6 faizinin gəliri asanlıqla ödəyir.
 
Sfera.az bildirir ki, belə bir nəticə"Məhrumiyyətlərə və Sosial İnklüzivliyə dair Statistik Müayinə” zamanı üzə çıxıb. 

Gəliri ilə xərclərini böyük çətinliklə ödəyənlər əhalinin 1,1 faizini, çətinliklə ödəyənlər 5,3 faizini, bəzi çətinliklə ödəyənlər isə 24,9 faizini təşkil edir. 
Əhalinin 44,8 faizi demək olar ki, asanlıqla, 19,2 faizi asanlıqla, 4,6 faizi çox asanlıqla xərclərini ödəmək imkanına sahibdir. 

Müayinə nəticəsində bəlli olub ki, xərclərini çətinliklə ödəyənlər şəhər yerlərində yaşayan əhalinin 32,6 faizini, kənd yerlərində yaşayanların 30 faizini təşkil edir. 
Bakıda əhalinin 35,4 faizi gəlirləri ilə xərclərini çətinliklə ödəyir. Bu göstərici Yuxarı Qarabağ iqtisadi rayonunda 41,5 faiz (ən yüksək), Abşeron iqtisadi rayonunda 30,1 faiz, Naxçıvan MR-da 2,7 faiz (ən aşağı) olub. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...