Əfsanəvi “Formula 1” pilotu vəfat etdi - FOTO
11:29 / 28.01.2021
1241
İspaniyanın əfsanəvi idmançısı Adrian Kampos vəfat edib.
Sfera.az xəbər verir ki, "Formula 1” pilotunun ölümünə səbəb ürək çatışmazlığı olub.
60 yaşlı sabiq pilotun ölüm xəbərini sahibi olduğu "Campos Racing” şirkəti açıqlayıb.
Qeyd edək ki, 1987-1988-ci illərdə "Minardi” ilə "F1”də yarışan Kampos əksər yarışları kənardan izləmişdi. O, 1977-ci ildə öz komandasını qurub. Rəhbəri olduğu "Campos Rasing” komandası "Formula 2” və "Formula 3” yarışlarında iştirak edir.
Zeynəb
Sfera.az