Əfqanlar 11 sentyabr hadisələrini belə xatırlayırlar: “ABŞ çox uzaqda idi...”

Əfqanlar 11 sentyabr hadisələrini belə xatırlayırlar: “ABŞ çox uzaqda idi...”
11 sentyabr 2001-ci ildə ABŞ-da qaçırılan iki təyyarə Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılarkən Əfqanıstanda "Əl-Qaidə” faciəsi yaşanırdı.

Sfera.az xəbər verir ki, qruplaşma üzvləri hadisədən cəmi 2 gün öncə Sovet ordusunu və "Taliban”ı Pəncşir vadisindən geri çəkməyi bacaran və ölkənin müqavimət simvoluna çevrilən Əhməd Şah Məsudu öldürmüşdülər. 

Əfqanlar onun yasını saxlayarkən minlərlə kilometr uzaqda yerləşən ABŞ-da onların gələcəyini dramatik şəkildə dəyişəcək hadisələr baş verirdi.

ABŞ-dakı terror hücumlarını xəbərlərdə eşidən əfqanlar əvvəlcə bu hadisələrə o qədər də əhəmiyyət vermədilər. Minlərlə kilometr uzaqlıqda yerləşən bir ölkədə hücumlar həyata keçirilmişdi. Bu cür hadisələrin demək olar ki, öz ölkələrində gündəlik həyatın bir hissəsi olması ABŞ-dakı hadisələrin diqqətlə izlənilməməsinə səbəb olmuşdu. Lakin irəliləyən günlərdə əfqanlar hücumların məsuliyyətini arxa bağçalarında gizlənən "Əl-Qaidə” silahlılarının üzərlərinə götürdüyündən və "Taliban” idarəçilərinin qrupa dəstək verməkdə günahlandırıldığından xəbərdar oldular.

Əfqanıstanın Qəndəhar vilayətində kitab satmaqla məşğul olan Əbdül Səməd qəzet oxuyan izdihamın Əkiz Qüllələrə edilən hücumun fotoları ilə dolu olan səhifələrə baxdığını xatırlayır.  Hadisənin Əfqanıstanın işğalı üçün bəhanə olduğunu söyləyən Əbdül Səməd qəbuledilməz işğalın bu formada başladığını bildirir: "Taliban” "Əl-Qaidə” lideri Usamə ben Ladendən əl çəkməkdən imtina etdikdə, ABŞ uyğun addımı atdı və 1996-cı ildən bəri hakimiyyəti əlində saxlayan radikal rejimi bir neçə həftə ərzində devirdi".

Qəndəharda çilingər olaraq fəaliyyət göstərən Qiyamuddin Əfqanıstanda on illərlə davam edən müharibə və döyüşləri sona çatdıran ABŞ işğalına dair bütün ümidlərin sürətlə buxarlandığını söyləyib. O, bu haqda danışkarən ABŞ-ın ölkəsinə gələrək ortalığı daha da qarışdırdığını bildirib. Daha sonra "Taliban” yenidən ortaya çıxaraq xarici əsgərləri dinə və əfqan adət ənənələrinə hörmət etməməkdə ittiham etdi. Nəticədə mülki itkilərdə artımlar çoxaldı.
 
Qiyamuddin bildirir ki, "Taliban” devrildikdən sonra Pakistan və İranda olan əfqanlar ümidlərlə vətənlərinə dönməyə başlayıblar, lakin onlar əvvəlkindən daha böyük problemlərlə qarşılaşacaqlarını bilmirdilər.
 
Müəllim işləyən Nurullah isə "Taliban”ın devrilməsindən sonra bir müddət sülhün bərqərar olduğunu, lakin bunun çox davam etmədiyini söyləyib:

"Ancaq zaman keçdikcə ABŞ-ın səhv yerə gəldiyi və tələyə düşdüyü ilə bağlı söhbətlər yayılmağa başladı. Bu inanca çevrilən düşüncə isə 20 il sonra gerçəkləşdi. ABŞ getdi, "Taliban” əvvəlki radikal siyasəti ilə geri döndü".


Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...