Saimat Meyxer: KİV-də gedən islahatlar \"Nedelya\" qəzetinə də çatdı

Saimat Meyxer: KİV-də gedən islahatlar \
"Ədalət gec vəya tez zəfər çalır"

Sfera.az xəbər verir ki, bu sözləri "Nedelya” qəzetinin baş redaktoru Saimat Meyxer sosial şəbəkədə yazıb. O bildirib ki, qəzet 23 illik fəaliyyətində ilk dəfədir KİVDF tərəfindən maliyyə yardımı ayrılması qərarı verilib.

 

Saimat Meyxerin facebook paylaşımını olduğu kimi təqdim edirik:

 

"Əziz dostlar və həmkarlar!

 

Bu gün kollektivimiz üçün çox xoş bir gündür.

 

23 il öncə təsis edilmiş və bu gün mənim rəhbərlik etdiyim "Nedelya" qəzeti ilk dəfədir ki, KİVDF tərəfindən maliyyə yardımına layiq görülür.

 

Demək KİV sahəsində başlamış islahatlar xəyal deyil və artıq islahat gerçəkliyi bizə də çatdı.

 

Bizim qəzetimiz hər zaman öz ayağı üstündə duran, qəzet köşklərində soruşulan və alınan qəzetlərdən olub.

 

Bu gün KİVDF bizə etimad göstəribsə bu həm də oxuyucularımızın uğurudur. O oxuyucalar ki, bizim ayaq üstə qalmağımıza səbəb olublar və bu günə gəlib çatmağımızı təmin ediblər.

 

Ayrılan dəstəklə biz oxuyucularımıza daha çox layiq olmağa və onların zövqünə uyğun bir qəzet olaraq qarşılarına çıxmağa çalışacağıq.

 

Bir daha bu illər ərzində yanımızda olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.

 

Ədalət gec vəya tez zəfər çalır".


OXŞAR XƏBƏRLƏR

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...