Əbülfəz Məlikov həbs olunarsa – Nələri ortaya çıxacaq?

Əbülfəz Məlikov həbs olunarsa – Nələri ortaya çıxacaq?
 

Gömrükdə ciddi monopoliya yaradan və uzun illər milyonlar qazanan "Broker MMC”-nin rəhbəri, gömrük polkovniki Əbülfəz Məlikov həbs oluna bilər. Son günlər monopolistin özünün və ailə üzvlərinin adına olan biznes məkanlarının siyahısının yayılması polkovnik barədə yenidən araşdırmaların aparılmasnı gündəmə gətirib.

Sfera.az bildirir ki, Əbülfəz Məlikov bərk narahatdır və yenə də sudan quru çıxmağa çalışır. Bu dəfə də ona yenə ən yaxın dostu, həmişə dəstəyinə çatan Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də kömək edə bilməyəcək. Çünki, Səfər Mehdyevin də vəziyyəti bulanıqdır.

Bizimxeber.az-a daxil olan məlumata görə, Əbülfəz Məlikov indi daha çox narahatdır və bu dəfə onun barəsindəki araşdırmalar qısa zamanda bitə bilər. İllər əvvəl mƏtbuatın yazdığına görə, başına torba salınaraq MTN-ə aparılan, Eldar Mahmudovun əlindən milyonlar verərək qurtulan Əbülfəz Məlikov bu dəfə çətin ki, canını qurtara bilə.

 
 

Məlumata görə, araşdırmaları eyni zamanda bir neçə qurumda aparılır və Məlikovun bütün fəaliyyəti araşdırılır.

"Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevi Gömrükdən "silən”, əlini çörəyə çatdıran və çiynindən yapışaraq uçrumlardan çıxaran FHN şefi Kəmaləddin Heydərova qahmar çıxan, dövlətin Gömrük sistemini bu günə kimi zəlil günə salan Əbülfəz Məlikov dönəmi bitmişdir” deyən mənbə əlavə edib ki, onun Gürcüstanın rəsmi şəxsləri olə olan "özəl biznesi”ndən tutmuş, Riqadakı əmlakları, Mərdəkandakı villa bağları, Xətai rayonundakı göydələnləri,  həmçinin "Broker” MMC-nin guruldayan zamanlarında ölkə sərhədlərini bəyannaməsiz keçmiş "əşyalar (?)” və ən əsası "İstabul əməliyyatı (?)” və diğər fəaliyyəti araşdırılır.

 
Həmçinin Əbülfəz Məlikovun Gömrük Komitəsi sədri, dostunun FHN şefi olması üçün aylar əvvəl apardığı görüşlər, verdiyi sözlər və qarşılığında götürdüyü öhdəliklər də araşdırma mövzuları sırasındadır.

Bizimxeber.az-a daxil olan məlumata görə, Məlikovun bu dəfə bərk narahatlığının əsas səbəbi həm də "böyük bizneslə” məşğul olan "ağsaqqal”ların ondan üz çevirməsidir. Bir sözlə, Əbülfəz Məlikov erası bitmək üzrədir… (bizimxeber.az)

OXŞAR XƏBƏRLƏR

Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama

  Bakıda havada yayılan qoxu ilə bağlı məsələ araşdırılır. Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat k...

Bakının müxtəlif ərazilərində havadan üfunət iyi gəlir

 Hazırda Bakının bəzi ərazilərində havadan üfunət iyi gəlir. Sfera.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir. M...

"Elmar, sən rüşvətxorun dal ayağısan" - AÇIQLAMA

 Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev DTX-nin yaydığı videodan sonra Elmar Məmmədyarovu sərt tənqid edib. Sfera.az xəbər verir ki, o, ...

"Fairmont qəhrəmanı" həbs edildi — Hansı iş adamının oğludur? - DOSYE - FOTO

 Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman "İnstagram” hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmay...

Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ

"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atası həbs edilib. Sfera.az xəbər verir ki, DTX-nin həbs etdiyi XİN əmək...

Sərtləşdirilmiş karantin rejimi nə vaxtadək davam edəcək? – AÇIQLAMA

  "İnsanlar qaydalara nə qədər çox əməl etsə, karantin rejiminin müddəti də o qədər az olacaq”   "Bu gün Ümumdünya Səhiyyə Təşkilatının, bütün düny...