Dövlət qurumlarının maşınları ucuz qiymətə satışa çıxarılır

Dövlət qurumlarının maşınları ucuz qiymətə satışa çıxarılır

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 24-də rəsmi qurumların balansında olan avtomobillərin hərracını keçirəcək.

Oxu.Az xəbər verir ki, satışa ümumilikdə 14 avtomobil çıxarılacaq. 

Azərbaycan Milli Məclisinin İşlər İdarəsinin balansında olan "Nissan Maxima" markalı iki nəqliyyat vasitəsi, 50 faiz endirimlə hər biri 3500 manata təkrar hərraca çıxarılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri ("Chevrolet Niva") 5400 və 7200 manata satışda olacaq. 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi ("UAZ-31512") 1000 manata təklif olunacaq.  

Həmçinin, Baş Prokurorluğun, Təhsil Nazirliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitələri 50 faiz endirimlə (müvafiq olaraq 3500, 1500 və 2000 manat) təkrar hərraca çıxarılır.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.  


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...