No Image

Dövlət Bayrağı Günü qeyd olunur

Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib./report

OXŞAR XƏBƏRLƏR

Sabahdan bu qadağalar götürülür — RƏSMİ

Sabahdan – sentyabrın 21-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkət...

Qərb zonasında güclü partlayış səsi: Ermənistana məxsus PUA vuruldu – İDDİA+VİDEO

Sentyabrın 20-də saat 23:15 radələrində Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildiril...

Azərbaycanda koronavirusa ən çox və ən az yoluxma olan bölgə...

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı...

“Koronavirus 2022-ci ildə başa çatacaq” - Bill Qeyts

COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq. Sfera.az "report"a istinadən xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi B...

Pravda və Rosbalt Prezident İlham Əliyevin bəyanatını dərc etdi - Erməni siyasəti Rusiyada ifşa edilir

Rusiyanın nüfuzlu Pravda və Rosbalt internet media qurumları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatını dərc edib. Sfera.az həmin yazının t...

Tikinti şirkəti Qurban Məmmədovu məhkəməyə verdi

 "Atlant-İnşaat” MMC hazırda Londonda yaşayan mühacir Qurban Cəlal oğlu Məmmədovu və qeyrilərini yaşayış sahəsi ilə bağlı məhkəməyə verib. Sfera.az b...