No Image
No Image
No Image

Düşmən niyə məhz Tovuzu hədəfə alıb? – Politoloqdan şərh

Düşmən niyə məhz Tovuzu hədəfə alıb? – Politoloqdan şərh

"Bu bir nəbz yoxlamasıdır”.


Bu sözləri Sfera.az-a açıqlamasında son günlər Tovuz istiqamətində döyüşlərin yenidən intensivləşməsinin nəyin göstəricisi olması məsələsinə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

 

"İrəvan hər bir halda çalışacaq ki, növbəti təxribatları məhz Ermənistan-Azərbaycan sərhədində törətsin. Ona görə ki, sərhəddə törədilən istənilən hərbi təxribat Azərbaycanın sərhəddən o tərəfə irəliləyə bilməyəcəyi faktını ortaya qoyur. Əks təqdirdə, Azərbaycanı aqressiyada ittiham edəcəklər ki, bu da tərəzinin gözündə işğalçı İrəvanla Bakını bərabərləşdirəcək”.

 

N. Mirinin fikrincə, belə hərbi təxribatların sərhəddə törədilməsi Qarabağ cəbhəsində baş verən prosesi unutduraraq, ikinci plana, pərdə arxasına çəkir:

"Məsələnin ikinci tərəfi isə odur ki, təxribat sərhəddə baş verərsə və Azərbaycanı guya işğalda ittiham edərlərsə, bu Rusiyanın nüvəsi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə müdaxilə etməsinə zəmin yaradar.

 

Bu da erməni hiyləsi və niyyətindən xəbər verən bir məsələdir. Ən nəhayət, Tovuz istiqamətində növbəti erməni təxribatı bir nəbz yoxlamasıdır.Sərhəddəki Azərbaycan Ordusunun vəziyyətini müəyyənləşdirmək istəyirlər.Ona görə düşünürəm ki, bu cür hadisələr hələ davam edəcək”.

 

Politoloq qeyd etdi ki, Ermənistan əsas təxribatını nə zaman törədəcəyi istiqamətində ciddi hazırlıqlar aparır:

 

"Düşünürəm ki, o gün heç də uzaqda deyil. Hiss olunur ki, İrəvan müxtəlif qüvvələri Ermənistana cəmləşdirməklə ciddi hərbi təxribatın törədilməsinə hazırlaşır. Sərhəd zonasında və ya Qarabağ cəbhəsində belə təxribatlar ola bilər. Ona görə də bu cür qısa müddətli təxribatlar təbiidir. Hər bir halda Azərbaycan hazırlıqlı olmalıdır”.


Elçin

OXŞAR XƏBƏRLƏR

Araik Arutyunyandan Putinə yalvarış dolu məktub: "XAHİŞ EDİRƏM..."

Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan Rusiya rəhbəri Vladimir Putindən hərbi əməliyyatların dayandırılması üçün əlindən gələni etməyi xahiş edib...

“Kimsə möhkəm addımlayanda, elə bilirdim mərmi düşdü” – Jurnalistin cəbhə qeydləri

Cəbhəyanı bölgələrdə peşə fəaliyyətini həyata keçirən, əsgərlərlə çiyin-çiyinə "vuruşan” jurnalistlərlə söhbətimiz davam edir. Bu dəfə "Müsavat.com” sa...

“Putin etiraf etdi ki...” - Millət vəkili Rusiya prezidentinin açıqlamasını şərh edir

"Putinin bu açıqlaması Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan və etiraf etməsidir”. Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Prezid...

“Ermənistan işğal etdiyi əraziləri tərk edəcək! Bu qədər sadə” – Türkiyənin müdafiə naziri

"30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatın...

Prezident Mehriban Əliyevanın vəzifə təyinatı haqda: “Onu inandırmaq üçün…”

"Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hö...

“Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...” - Jurnalistin cəbhə qeydləri

Sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən döyüş xəbərləri barədə KİV nümayəndələrinin vasitəsi ilə məlumat alırıq. Bir aya yaxındır ki, qaynar n...