\"Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq\"- Deputat

\

Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Düşmən layiqli cavabını alaraq çox itki ilə geri çəkilməyə məcbur edilib.Bundan əlavə Ermənistan hakimiyyəti məğlubiyyətlərini gizlətmək üçün Azərbaycanın daxilində sabitliyi pozub, insanlarımıza da ruh düşkünlüyü yaratmağa çalışırlar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi 12-iyuldan başlayan müharibədə də Azərbaycan ordusu möhtəşəm qələbə qazandı:

 

"Vətənimizin qəhrəman oğulları düşmənə ağır zərbələr endirərək çox itki ilə geri çəkilməyə məcbur etdi. Bu gün Nikol Paşinyan erməni camaatının daxili problemlərdən fikrini yayındırmaq üçün Dağlıq Qarabağ kartından istifadə edir. O, bu yolda hətta əsgərlərinin məğlub olacağını bilə-bilə ölümə göndərməkdən belə çəkinmir. Ermənistan hakimiyyəti həmişə olduğu kimi yenə də məğlub olduğunu qəbul etmir, müxtəlif yolarla verdiyi itkiləri gizlətlətməyə çalışırlar. Hətta Azərbaycanda yalançı panikalar yaradaraq insanlarımızda ruh düşkünlüyü yaratmağa çalışırlar. Amma unudurlar ki, Azərbaycan xalqı öz dövlətinə və torpağına bağlıdır. Azərbaycan qəhrəmanlar yurdudur. Bu gün gənclərimiz Ali Baş Komandanın döyüş əmrini gözləyir".

Deputat qeyd edib ki, Müdafiə Nazirliyinin yaydığı videolardan da aydın görünür ki, düşmən küncə sıxılıb: "Qaçış yeri kimi də Azərbaycanın daxilində çaxnaşma yaratmaq istəyir. Hətta bu yolda daxildə olan əlaltılarından da istifadə etməkdən belə çəkinmir. Bütün bu oyunlarının səbəbi isə Ermənistan rəhbərliyinin uğradığı biabırçı məğlubiyyətinin ört-basdır etmək istəyidir. Lakin düşmən heç vaxt öz çirkin niyyətlərini reallaşdıra bilməyəcək. Çünki bu gün Azərbaycan xalqı dövlətinə, ordusuna inanır və onunla qürur duyur. Hazırda Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onu geri çəkilməyə məcbur edir. Bu Müdafiə Nazirliyinin yaydığı videolarda da aydın görünür. Allahdan dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət ailələrinə isə səbir diləyirəm. Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Qüdrətli ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məğlub edərək, torpaqlarımızı işğaldan azad edəcək".

Aysel Yusifqızı


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...