Dünyanın ən zəngin sehrbazları açıqlandı

Dünyanın ən zəngin sehrbazları açıqlandı

2019-cu ilin yekunlarına əsasən, dünyanın ən zəngin illuziyaçılarının adı açıqlanıb.

"Forbes” xəbər verir ki, amerikalı Devid Kopperfild reytinqdə ən çox məvacib alan sehrbaz kimi yer alıb.

Onun sərvəti 875 milyon dollar kimi qiymətləndirilib. Kopperfild 2018-ci ilin yayından 2019-cu ilin yayına qədər 654 şou təşkil edib. Bu şoulardan sehrbaz 60 milyon dollara yaxın gəlir əldə edib. Bununla yanaşı, Kopperfild Karib dənizində öz kurortu olan Maşa Keydə eksklüziv turlar və konsertlər üçün milyonlarla pul qazanır. Ümumilikdə Baham adalarında sehrbaz 11 adaya sahibdir.

Siyahının ikinci pilləsində Penn və Teller sehrbaz dueti qərarlaşıb. Onlar öz şəxsi teleşoularında və Las-Veqasdakı çıxışları ilə 28 milyon dollar qazanıblar. İlk üçlüyü "The İllusionists” qrupunun üzvləri tamamlayıb.

Ən çox qazanan illüziyaçıların siyahısına, həmçinin, pranker teleşou aparıcısı Maykl Karbonaro və "Mindfreak” realiti-şousunun ulduzu Kriss Encel də daxil olub. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...