Dünyanın ən uzun qadını titulunu türkiyəli xanım qazanıb - Foto

Dünyanın ən uzun qadını titulunu türkiyəli xanım qazanıb - Foto
Karabükün Safranbolu mahalında yaşayan Rümeysa Gelgi dünyanın ən uzun qadını olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
 
Sfera.az xəbər verir ki, 2 metr 15 santimetr boyu ilə 24 yaşlı Gelgi 2014-cü ildə 17 yaşında "dünyanın ən uzunömürlü yeniyetməsi" statusunu alıb.

Çox nadir rastlanan və boyunun sürətlə artmasına səbəb olan Weaver sindromu səbəbilə təkərli kürsü istifadə etmək məcburiyyətində qalan Gelgi insanların ona fərqli baxdığını, lakin kömək etdiyini bildirib.

Ginness Rekordlar Kitabının baş redaktoru Craig Glenday dünyanın ən uzunboylu kişisinin də  türk olduğuna diqqət çəkərək: "Dünyanın ən uzun boylu kişi və qadının eyni ölkədən olması son 67 ildə çox nadir hadisədir”, deyib.

Qeyd edək ki, dünyanın ən uzun adamı titulu, 8 Fevral 2011-ci ildə boyu 2 metr 51 santimetr olan Sultan Kösenə məxsusdur.

Dünyanın ən uzun qadını titulu, 1982 -ci ildə vəfat etmiş, boyu 2 metr 46 santimetr olan Çinli Zeng Cinliana məxsusdur.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR